Türkiyədə İranın agent şəbəkəsi ələ keçirildi 

18:20 13.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı olan MİT Van vilayətində keçirdiyi əməliyyat nəticəsində İranın agent şəbəkəsini ifşa edib.

Hafta.az-ın yazdığına görə, sözügedən casus şəbəkəsi iranlı keçmiş hərbçini qaçırmaq istəyərkən yaxalanıblar. "Vanda yaşayan iranlı keçmiş hərbçini İrana qaçırmaq üçün göndərilmiş 2-si İran agenti olan ümumilikdə 8 nəfər, MİT və Van Polis İdarəsinin birgə əməliyyatı nəticəsində ələ keçib. MİT məlumat alıb ki, İran agent korpusunun əməkdaşları 30 min dollarlıq büdcə ilə keçmiş hərbçini İrana aparmaq üçün Türkiyədə xüsusi şəbəkə yaradıb. Şəbəkə üzvləri sözügedən hərbçinin və xanımının İrana aparılmasına kömək etməliymişlər və bunun qarşılığında İranın kəşfiyyat idarəsindən 10 min dollar alacaqlarmış. O da bəlli olub ki, İrandan gələn agentlər 10 min dollar qarşılığında bu işi həyata keçirmədikləri təqdirdə, ölkələrində ailələrinə zərər veriləcəkmiş", - xəbərdə deyilir.

Məlumatda o da qeyd olunur ki, İran kəşfiyyat idarəsi keçmiş hərbçini maşınla İrana qaçırmaq məqsədilə 2 nəfəri sentyabrın 24-də Vana göndərib. MİT həmin vaxt bundan xəbər tutub və vaxt itirmədən Vanın Polis İdarəsi ilə birlikdə şəbəkə üzvlərini təsbit edərək, nəzarətə götürüb. Sentyabrın 24-də axşam saat 9 radələrində hərbçini qaçırmaq üçün yaşadığı evə girməyə çalışan biri İran, digəri isə Türkiyə vətəndaşı olan iki nəfər MİT tərəfindən həbs edilib. Davam etdirilən əməliyyatlarda 6-sı Türkiyə vətəndaşı olan böyük bir şəbəkə çökdürülüb. 

Siyasət rubrikasından digər xəbərlər